Təranə Qəzənfər qızı Paşayeva

Təranə Qəzənfər qızı PaşayevaPsixologiya üzrə fəlsəfə doktoru
"LOQOS" Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi idarə heyətinin sədridir, «Psytech Azerbaijan» Psixometrik Qiymətləndirmə Mərkəzinin rəhbəridir.

Beynəlxalq Ailə Akademiyası, Avropa Psixoloqlar Liqası və Dünya Pozitiv Psixoterapiya Assosiasiyası, APA - Amerika Psixologiya Asossasiyası, Ümumi Psixologiya Cəmiyyəti, Davranış Nevrologiyası və Müqayisəli Psixologiya Cəmiyyəti, Təhsil Psixologiyası Təşkilatı, Qadın Psixologiyası Cəmiyyəti, Amerika Qadınlarının Psixologiyası Cəmiyyəti və Amerika Farmakoterapinin İnkişafı Cəmiyyətinin üzvüdür.

1981-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

TƏHSİL

1998-2002-ci illədə Azərbaycan Dövlət İqtisad Universiteti, Maliyyə-kredit fakultəsi üzrə bakalavr dərəcəsi alıb.

2002-2004-ci illərdə Azərbaycan Dövlət İqtisad Universiteti, Maliyyə-kredit fakultəsi üzrə magister dərəcəsi alıb.

30 iyun 2017-ci ildə M.E. Jukov adına Xarkov Milli Aerokosmik Universitetinin Psixologiya fakultəsini bitirib.

16 iyun 2019–cu ildə V.M. Bexterev adına Milli Psixiatriya və Nervologiya üzrə Tibbi Elmi-Tədqiqat Mərkəzinin «Tibbi (kliniki) psixologiya » təhsil proqramını bitirərək diplom alıb.


İŞTİRAK ETDİYİ TƏLİMLƏR VƏ LAYİHƏLƏR:

2014-cü ildə:
• “Azərbaycan Bayrağı” diplomuna layiq görülüb.
• “Azərbaycan Bayrağı Media mükafatı laureatı” fəxri diplomuyla təltif olunub.
• “Autizm dünyası” təlimində iştiraka görə sertifikat alıb.
• Azərbaycanda ruhi-intellektual və etik mədəniyyətin inkişafında xüsusilə azyaşlı uşaqların təlimi tərbiyəsində xidmətlərə görə Təşəkkürnamə ilə təltif olunub.
• “Autizmli şəxslərin problemli davranışlarının öhdəsindən gəlmək” adlı seminarda iştiraka görə uyğunluq sertifikatı alıb. (28 sentyabr 2014-cü il)
• “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının “Xüsusi təhsil tələb edən şəxslər üçün təməl bacarıqların tədrisi və yaradıcı drama” seminarda iştiraka görə sertifikat alıb. (15 noyabr 2015-ci il)
• “Tohum Autizm Vakvı” -nın “Fəaliyyət cədvəli: Autist uşaqlarda müstəqillik, seçim etmək, sosial mübadilə, gündəlik yaşam qayğıları” PCDI kursunu bitirdiyimə görə uyğunluq sertifikatı alıb.

2015-ci ildə :
• “Yeni şans” və “Azərbaycan əsgəri” qəzetləri tərəfindən keçirilən rəy sorğusuna əsasən “İlin vətənpərvər xanımı” adına layiq görülüb, fəxri diplomla təltif olunub.
• Psixoterapiya və Psixologiya üzrə Elmi Tədqiqatlar İnstitutu tərəfindən keçirilən Qrup terapiyası üsulu ilə psixoterapevtik seminarda iştiraka görə, sertifikat alıb. (06 may 2015-ci il)
• « Loqos » PNİM və Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzi ilə birgə keçirdiyi “Şəxsiyyət psixologiyası, liderlik və idarəetmə” mövzusunda seminarda iştiraka görə sertifikat alıb. (12-13 sentyabr 2015-ci il)
• “Psixologiya Akademiyası” layihəsi çərçivəsində keçirilən “Ailə psixologiyası” təlimində iştiraka görə sertifikat alıb. ( 28 noyabr 2015 –ci il)
• Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar Birliyinin Rəyasət Heyəti (AzərKİV) “İntervyu” jurnalı və “İntervyu xəbər” qəzetinin sorğusu nəticəsində “Loqos” PNİM “İlin Psixoloji və Nitq Mərkəzi” fəxri media mükafatı alıb. (18.12.2015-ci il)
• Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərininHəmkarlar Birliyinin (AzərKİV), “İntervyu” jurnalı və “İntervyu xəbər” qəzetinin Rəyasət Heyəti tərəfindən Heydər Əliyev adına « Fəxri Media Mükafatı » diplomuna layiq görülüb. (18.12.2015-ci il)
• Dünya Pozitiv Psixoterapiya Assosiasiyası Moskva Pozitiv Psixoterapiya Mərkəzi tərəfindən keçirilən “Pozitiv məsləhət” seminarında iştiraka görə sertifikat alıb. (6-9 mart ; 28-31 may ; 30 oktyabr- 2 noyabr -2015-ci il)

2016-cı ildə:
• « Loqos» PNİM-nin «Duyğu yönümlü evlilik və ailə terapiyası nəzəri praktik » təlimdə iştiraka görə sertifikat alıb. (6-7 fevral 2016-cı il)
• «Koqnitiv- davranış terapiyası » seminarında fəal iştiraka görə sertifikat alıb. (23 noyabr 2016-cı il)
• «İqdisad.org» xəbər portalınn rəy sorğusu əsasında fəxri diploma layiq görülüb.
• «Ulu səs» və “Yeni şans” ictimai-siyasi hüquq qəzetləri tərəfindən «Şərəfli ömür » fəxri diplomu ilə təltif edilib.

2017 –ci ildə:
• «Ulu səs » ictimai-siyasi hüquq qəzetinin « Humanist İnsan » media mükafatına layiq görülmüşəm.
• Hökumətlərarası Ali Elmi Şura və “Oxford” təhsil şəbəkəsinin "21-ci əsrin psixologiyası" beynəlxalq müsabiqəsində "Psixologiya-İnsanlar üçün" nominasiyasında psixi sağlamlıq sahəsində insanlara göstərilən xüsusi xidmətə görə 1-ci dərəcəli diplom alıb. (16.03.2017-ci il)
• Beynəlxalq Ankara Sənət Festivalında türk mədəniyyəti- sənət və təhsil çərçivəsində göstərilən xidmət və tövhələrə görə «Xidmət Şərəf Mükafatı »-na layiq görülüb. (2016-2017-ci il)

2018-ci ildə :
• “Qanun xəbər » İctimai-siyasi gəzetinin rəy sorğusuna görə fəxri diploma layiq görülüb.
• Dağıstan Respublikasının Dərbənd rayon bələdiyyəsi tərəfindən Azərbyacanda fəal xeyriyyəçilik fəaliyyətinə görə Fəxri fərmanla təltif olub. (1 iyun 2018-ci il)
• «Erqoterapiya və Duyu bütünləmə» seminarda iştiraka görə sertifikt alıb. (18-19 avqust 2018-ci il)

2019-cu ildə :
• «Play Attention Türkiyə»-nin «Play Attention Uşaq» təlimində iştiraka görə sertifikat alıb.
• Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosisasiyasının «Azərbaycan Xalq Cümhuriyyəti-100 il» Korporativ Sosial Məsuliyyətdə təşəbbüs sahəsində fərqlənməyə görə fəxri diplomla təltif edilib. (7 mart 2019-cu il)
• Azərbaycanda praktik psixologiyanın inkişafına verilən tövhələrə, OON və UNESCO üzə beynəlxalq layihələrin uğurla yerinə yetirlməsinə görə, 21-ci yüzilliyin dünya üzrə görkəmli şəxsiyyətlər reistirinə qeyd edilməklə «Cağdaş dövrün görkəmli şəxsiyyəti » tituluna layiq görülüb. (30 may 2019-cu il)
• Sankt-Peterburq 13-cü Psixoloqlar Sammitində və “Zolotaya Psixeya” 20-ci Milli yarışma qaliblərinin mükafatlandırma mərasinimdə iştiraka görə sertifikatla təltif edilib. (2-4 iyun 2019-cu il)
• «Apamer» Aktual Psixoloji Araşdırmalar Mərkəzinin « Psixoloji Testlər Təhsili » proqramını keçdiyinə görə sertifikat alıb. (28-29 avqust 2019-cu il)
• Bakı VI Beynəlxalq Kitab Səgisi-Yarmarkasında iştirka görə « Loqos » Psixoloji Nitq İnkişaf Mərkəzi diplomla təltif olunub. (27-29 sentyabr 2019-cu il)
• 7-ci Dünya Pozitiv və Mədəniyyətlərarası Psixoterapiya Kongresində iştiraka görə setrifikat alıb. (6-12 oktyabr 2019 Türkiyə , Kəmər)
• Həsən bəy Zərdabi adına Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyətinin fəxri diplom ilə təltif olunub.


ELMİ NƏALİYYƏTLƏR

2017-ci ildə :
• Beynəlxalq Fundamental Təhsil Universiteti (Sankt-Peterburq şəhəri) “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin nümunəsində Azərbaycan xalqının milli ailə ənənələrinə uyğun olaraq “Ailə psixoloji məsləhətləşmənin innovativ metodologiyası” mövzusunda dissertasiya işini müdafiə edib.

• Beynəlxalq Fundamental Təhsil Universiteti, Beynəlxalq Ali Akademik Şurası və Oksford Təhsil Şəbəkəsi tərəfindən Psixologiya üzrə fəlsəfə doktoru titulu alıb. Evlilik və Ailə terapiyası üzrə konsultant adını qazanıb. (14.04.2017-ci il)


MÜKAFATLAR
2017-ci ildə Hökumətlərarası Ali Elmi Şura tərəfindən “Səhiyyə sahəsində görsətdiyi uzun illik əməyə görə” V.M. Bexterev adına medalla təltif edilib.

2018 –ci ildə Dağıstan Qadınlar Birliyinin 25 illik yubileyinə həsr olunmuş tədbirdə « Dağıstanın fəal qadınları » yubiley medalı ilə təltif olunub.
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.